Hollivudun ən çox qazanan aktyorunun adı açıqlanıb. Yaxın günlərdə boşanması ilə bağlı gündəmə gələn Tom Kruz bu ada sahib çıxıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, aktyor "Forbes" jurnalının versiyasına görə, fərqlənib. Jurnalın qiymətləndirməsinə görə, Kruz bir ildə 75 milyon dollara yaxın vəsait əldə edib.