Dünyanın ən güclü orduya sahib 20 ÖLKƏSİ

MARAQLI
12:07 10.01.2024
288
ABŞ-də yerləşən "Global Fire Power” təşkilatının dərc etdiyi "Dünyanın Ən Güclü Orduları 2023” siyahısı açıqlanıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hər il dünya dövlətlərinin hərbi güclərini yaxından araşdıraraq qlobal güc reytinqi dərc edən ABŞ-də yerləşən "Global Fire Power” şirkəti 2023-cü il üçün hərbi güc reytinqini paylaşıb.

"Dünyanın Ən Güclü Orduları" siyahısına ümumilikdə 145 ölkə daxil edilib.

Reytinqdə ölkə ordularının texnoloji inkişafı, insan gücü, sahədə uzun müddət qalma və hərəkətlilik kimi xüsusiyyətləri nəzərə alınıb.

İlk üçlük ABŞ, Rusiya və Çin olub

Ötən il dünyanın 11-ci ən güclü ordusu olan Türkiyə bu il yüksəlişi ilə yeni siyahıda öz izini qoyub. Türkiyə bu il yaşadığı yüksəlişlə yeni siyahıda 8-ci yerdə qərarlaşıb.

Dünyanın ən nüfuzlu hərbi güc reytinqinə görə ilk 20-liyə daxil olan ölkələr:

1- ABŞ

2- Rusiya

3- Çin

4- Hindistan

5- Cənubi Koreya

6- Böyük Britaniya

7- Yaponiya

8- Türkiyə

9- Pakistan

10- İtaliya

11- Fransa

12 - Braziliya

13- İndoneziya

14- İran

15- Misir

16- Avstraliya

17- İsrail

18- Ukrayna

19- Almaniya

20- İspaniya

Sıralamada Azərbaycan 57-ci sırada qərar tutub. 

Ayşən

OXŞAR XƏBƏRLƏR