Dünyanın ən gözəl qadınından kişilərə məsləhət

MARAQLI
14:42 03.05.2013
1950

Amerikalı aktrisa, Hollivud ulduzu Qvinet Peltrou möhkəm ailəyə malik olduğunu, ərini də sevdiyini bildirib.

10 ildən bəri Goldplay qrupunun solistiKris Martinlə nikahda olanPeltroubununla belə, ailəli qadının işinin asan olmadığını da etiraf edib.

People jurnalı tərəfindən "Dünyanın ən gözəl qadını" seçilmiş Peltrounun sözlərinə görə, ailə həyatı bəzən ona çox ağır gəlir. "Ailə gözəldir, amma bəzən qorxunc anlar da yaşayırsan. Kişilərə məsləhətim budur ki, əsəblər tarıma çəkiləndə dalaşmazdan əvvəl bir qədər düşünün, sakitləşməyə çalışın. Sevdiyiniz insana olan hirsinizi tutquya çevirin", - iki uşaq anası olan 40 yaşlı Peltrou deyib. (milli.az)

OXŞAR XƏBƏRLƏR