Dünyanın ən gözəl qızı: 'Güzgüyə baxanda özümdən qorxuram'
MAQAZİN
12:07 08.12.2012
3966
Dünyanın ən gözəl qadınlarında biri hesab edilən müğənni Kayli Minouq bir jurnala verdiyi müsahibəsində həddən artıq komplekslərinin olduğunu və xarici görkəminə görə əminsizlik hiss etdiyini deyib. Bundan başqa, pop-diva hər dəfə güzgüyə baxanda illərin sürətlə ötdüyünü görə bildiyini etiraf edib. Müğənni hətta dostları ilə söhbəti zamanı da onun üzünə baxılmasından narahat olduğunu söyləyib. Türkiyəli müğənni Gülbən Ergən oğlu Atlası təcili xəstəxanaya aparıb. Avtomobilin mühərrikini söndürmədən həyəcan içində təcili yardıma qaçan sənətçi yarım saat sonra çölə çıxıb. Qapıdakı müxbirləri görəndə təəccüblənən Ergən: “Burda olduğumu hardan bildiniz? Atlas xəstələnib, onu gətirdim. İndi yaxşıdır”, -dedikdən sonra evə yola düşüb. Müğənni Leona Lyuis İngiltərədə verdiyi konserti zamanı yeni mahnısını təqdim edib. Bundan başqa, “Lovebird” adlı klipini də sevənlərinin ixtiyarına verən ifaçı çox həyəcanlı olduğunu deyib. Sözügedən mahnı Leonanın tezliklə satışa çıxarılacaq yeni “Glassheart” albomuna əlavə edilib.