Dünyanın ən hündür zirvəsinə çıxmaq qadağan edildi

DÜNYA
10:20 23.04.2014
1202
Dünyanın ən hündür zirvəsi Everestə çıxmaq müvəqqəti olaraq qadağan edildi. ANS PRESS-in məlumatına görə, dağın yamacında baş vermiş qar uçqunu nəticəsində 16 nepallı bələdçinin həlak olması buna səbəb olub. Hazırda Nepal hökuməti həlak olanların ailələrinə ediləcək birdəfəlik kompensasiyanı müzakirə edir. İlkin olaraq həlak olanların ailələrinin hər birinə 400 dollar təklif edilib. Lakin həmkarları bu pulu artırmaq tələb edirlər.
OXŞAR XƏBƏRLƏR