ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində yaşayan 47 yaşlı qadın halından razı deyil.
Polina Potter arıqlamaq, normal həyat sürmək, başqalarından belə fərqlənmək istəmir.
Bir vaxtlar "çox seksual qadın" olduğunu və bütün kişilərin onu xəyal etdiyini düşünən Polina nə qədər yanıldığını indi anlayır.Çarpayıda təkbaşına çevrilə bilməyən, maşının arxa oturacağına güclə yerləşən qadın çəkisini 200 kiloqrama qədər azaltmaq istəyir."Rəqs etmək, avtomobilə rahat minmək, teatrda normal insan kimi oturmaq istəyirəm. Bu hala gəlməyimdə ailəmdə aldığım tərbiyə və genlərim günahkardır.Anamın çəkisi 250 kq, atamınkı isə 280 kq idi. Səkkiz qardaş-bacım arasında bir nəfərdən başqa, hamının çəkisi 160 kiloqramdan artıq idi", - Potter deyib.Onun sözlərinə görə, həddən artıq tosqun olduğundan, gündəlik həyat əzaba çevrilib: "Oğlumun köməyi olmasa, necə tərpənəcəyimi də bilmirəm. Problemim odur ki, bərk iştaham var və yeməyi sevirəm".O, problemini həll etmək və məqsədinə çatmaq üçün yaxşı dietoloqla həkim axtardığını deyib. /// milli.az