Dünyanın ən məşhur söyüşünü söydü və oyundan qovuldu
İDMAN
01:17 23.11.2012
2688
Avropa Liqası qrup mərhələsində üz-üzə gələn "Neftçi" - "Partizan" matçında qonaqlar ikinci hissənin ortasında azlıqda qalıblar.Qarşılaşmanın uelsli baş hakimi Simon Li Evans Mitroviçə onu söydüyünə görə "qırmızı" göstərib."FutbolPress" bu haqda dəqiq məlumat əldə edib. Matçın hesabatlarından birini tərtib edən UEFA-nın Azərbaycandakı nümayəndəsi Evansın Mitroviçi qovması səbəbini öyrənib. Serb futbolçu söydüyünə görə ("Fuck you"), Evans onu bağışlamayıb. Məlumatlı mənbə bildirir ki, qırmızı vərəqə alandan sonra futbolçu bu sözü bir neçə dəfə də təkrarlayıb.Bildirək ki, baş məşqçi Vermezoviç Mitroviçi əvəzetmədən meydana buraxmışdı və bərabərlik qolunu o atmışdı.