"Dünyanın ən nüfuzlu 100 qadını" siyahısını açıqlayan "Forbes"jurnalı, Almaniya kansleri Angela Merkeli "27 üzvü olan Avropa Birliyinin onurğa sütununu təşkil edən və çiyinlərində avronun gələcəyinin yükünü daşıyan lider" kimi göstərib.Siyahıda Türkiyənin məşhur ailələrindən olan Sabancı Holdinq də var. Holdinqin rəhbəri Güler Sabancı 94-cü yerdə qərarlaşıb. Jurnal Güler Sabancını "atası tərəfindən tekstil istehsalı üçün yaradılan şirkətin ilk qadın başçısı" kimi müəyyənləşdirib. Jurnal, ötən il 14 milyard dollar gəliri olduğunu açıqlayan Sabancı Holdinqin Türkiyənin ikinci ən böyük şirkəti olduğunu yazıb. Siyahıda Merkeldən sonra Braziliya prezidenti Dilma Rousseff gəlir.