Dünyanın ən nüfuzlu adamlarının siyahısı - SİYAHI

MARAQLI
12:06 03.11.2011
1684

Məşhur “Forbes” jurnalı 2011-ci ili üçün dünyanın ən nüfuzlu şəxslərinin siyahısını müəyyənləşdirib.

Teleqraf.az “RİA Novosti”yə istinadən xəbər verir ki, siyahıya Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama başçılıq edir. İkinci yerin sahibi isə Rusiyanın baş naziri Vladimir Putindir. İlk üçlük Çin Xalq Respublikasının rəhbəri Xu Czintao ilə qapanır. Xatıtrladaq ki, 2010-cu ilin siyahısında B.Obama ikinci, Xu Czintao isə birinci yerdə qərarlaşmışdı. V.Putin isə ötən il 4-cü sırada yer almışdı. Maraqlıdır ki, Rusiyanın baş naziri 2-ci yerdə olduğu halda bu ölkənin başçısı Dmitri Medvedev siyahının 59-cu sırası ilə kifayətlənməli olub.

2011-ci ilin siyahısının ilk onluğu belədir:

1. Barak Obama (ABŞ prezidenti)

2. Vladimir Putin (Rusiyanın baş naziri)

3. Xu Czintao (Çin lideri)

4. Anqela Markel (Almaniyanın baş naziri)

5. Bill Qeyts (Microfsoft-un banisi)

6. Abdulla Abdel Əziz (Səudiyyə Ərəbistanı)

7. Roma papası XVI Benedikt

8. Ben Bernake (FES sədri)

9. Mark Sukerberq (Facebook-un qurucusu)

10. Devid Kemeron (İngiltərənin baş naziri).

OXŞAR XƏBƏRLƏR