Türkiyənin ən qədim məkanlarından olan Şanlıurfaya turist axını başlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, havaların istiləşməsi ilə Türkiyənin qədim şəhəri Şanlıurfaya yerli və xarici turistlərin marağı kəskin şəkildə artıb. "Dünyanın ən qədim yaşayan şəhəri” kimi tanınan Şanlıurfa, bahar mövsümü ilə birlikdə turizm sezonunu da açıb.
Şəhərin simvolu sayılan Balıqlıgöl bu günlərdə turistlərlə dolub-daşır. Bu müqəddəs məkan, həm inanc, həm də tarixi turizm baxımından böyük maraq doğurur.
Göbəklitəpə və Qarahantepe kimi dünya şöhrətli abidələrə ev sahibliyi edən Şanlıurfa, "tarixin sıfır nöqtəsi” kimi qəbul edilir. Şəhər hər il milyonlarla turisti qəbul edərək həm mədəni, həm də iqtisadi canlılıq yaşayır.
Əzizə











































