Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər

Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
MARAQLI
13:05 22.10.2026
220
Dünyanın müxtəlif ölkələrində elə peşələr var ki, eşidənləri təəccübləndirir. Kimlərsə başqalarının əvəzinə uzun növbələrdə gözləyir, kimlərsə isə tanımadığı insanların dəfn mərasimlərində iştirak edərək yas tutur.

AZXEBER.COM xarici mediaya istinadən dünyanın ən qeyri-adi 5 peşəsini təqdim edir.

1. Başqalarının əvəzinə növbədə gözləmək

ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən bəzi xidmətlər müştərilərin əvəzinə uzun növbələrdə gözləyir. Bu xidmətlərdən əsasən populyar məhsulların satışında, tamaşalarda və müxtəlif tədbirlərdə vaxt itirmək istəməyən insanlar istifadə edir.

2. Su sürüşkənlərini sınaqdan keçirmək

Bəzi turizm şirkətləri su parklarındakı sürüşkənləri sınaqdan keçirmək və qiymətləndirmək üçün əməkdaşlar cəlb edir. Onlar müxtəlif su parklarını ziyarət edərək sürüşkənlərin təhlükəsizliyini, həyəcan səviyyəsini və istifadə təcrübəsini dəyərləndirirlər.

3. Qolf toplarını gölməçələrdən çıxarmaq

Peşəkar dalğıclar qolf meydançalarındakı su hövzələrinə dalaraq itirilmiş topları toplayırlar. Sonradan təmizlənərək yenidən satılan bu toplar gəlir mənbəyinə çevrilir. Lakin bulanıq sularda işləmək dalğıclar üçün ciddi risklər yarada bilər.

4. İlanlardan zəhər toplamaq

Mütəxəssislər zəhərli ilanlardan xüsusi üsullarla zəhər əldə edirlər. Bu maddə zəhərlənmələrə qarşı istifadə olunan zərdabların hazırlanmasında və elmi araşdırmalarda mühüm rol oynayır. Peşə xüsusi təlim və təcrübə tələb edir.

5. Dəfn mərasimlərində peşəkar yas tutmaq

Keniyanın qərbində yaşayan Luo icmasının bəzi üzvləri ödəniş qarşılığında tanımadıqları insanların dəfn mərasimlərində iştirak edirlər. Onlar mərasimlərdə ağlayır, mahnılar oxuyur və yas mərasiminə qoşulurlar.

Məlumata görə, bu işi görən şəxslər bir mərasim üçün təxminən 80 dollar qazana bilirlər.
OXŞAR XƏBƏRLƏR