Daha əvvəl xəbər verdiyimiz kimi, dünyanın ən qısa boylu adamı rekordu İranda müəyyən edilib.
AZXEBER.COM xəbər verir ki, 21 yaşlı Afşin Qadirzadə 65,24 santimetr boyu və 6 kilo çəkisi ilə dünyanın ən qısaboy adamı kimi tanınıb.
İranın İdman Nazirliyi sənədlərin tezliklə "Ginnesin Rekordlar Kitabı”na təqdim olunacağını qeyd etmişdi.
Məlumata görə, kürd əsilli 20 yaşlı İran vətəndaşı Afşin 65,24 santimetr boyu ilə "dünyanın ən qısa boylu yetkin kişisi" kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb.
Boyu 65,24 sm olan 20 yaşlı gənc heç vaxt zəifliyi səbəbindən məktəbə getməyib. Çəkisi 120-200 qram arasında olan Afşin mobil telefonları ağır olduğu üçün davamlı olaraq daşıya bilmir.
O, əvvəlki rekordçu 36 yaşlı Edvard "Nino" Hernandesdən (Kolumbiya) demək olar ki, 7 sm qısadır.
Afşin Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənmiş dördüncü ən qısa kişidir.
Afşin rekordun yeni sahibidir, çünki onun əvvəlki rəqibləri artıq həyatda deyil.
Onun fotolarını təqdim edirik:
Ayşən