Dünyanın ən qısa boylu həkimi Ganesh Baraiya uğur hekayəsi ilə diqqət çəkib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, boyu 91 sm 18 kilo olan 23 yaşlı Ganesh Baraiya fiziki xüsusiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmasına baxmayaraq həkim olmağı bacarıb və hekayəsi ilə hər kəsin diqqətini çəkib.
O, doğulanda normal olub, lakin dörd yaşında olarkən valideynləri başının bədənindən daha böyük olduğunu görüblər və həkimə aparıblar.
ÖYrəniblər ki, övladları sağalmaz xəstəlikdən əziyyət çəkir və heç kimin edə biləcəyi bir şey yoxdur.
Oğluna kömək etmək istəyən ana oğlunun böyüməsinin qarşısını almaq üçün onun başına vannaya bənzər dəbilqə taxıb. Onu məktəbdə tez-tez böyük başı və qısa boyu olduğu üçün ələ salırlar, lakin həmişə yanında olan dostları da olub.
Ganesh Baraiya fiziki məhdudiyyətlərinə baxmayaraq həmişə çox iddialı olub. O, hələ kiçik yaşlarından həkim olmaq istədiyini və bütün gücünü dərslərinə sərf edərək buna nail olmağl məqsədləyib.
Vaxtı gəldikdə Tibb Bakalavrına və Cərrahiyyə Bakalavrına müraciət edib, lakin boyu qısa olduğu üçün rədd edilib.
Test nəticələrinin yaxşı olmasına baxmayaraq, Hindistan Tibb Şurası onun alçaq boyu olduğuna (cəmi 91 sm) görə, fövqəladə hallarda vəzifələrini yerinə yetirə bilməyəcəyini iddia edərək, ərizəsini rədd edib.
Qaneş rədd cavabı ilə məyus olub, lakin arzusundan əl çəkməyib. Onun işi Hindistanın Ali Məhkəməsinə çatıb və nəhayət ədalət öz yerini tapıb.
2018-ci ildə Hindistan məhkəməsi Qaneşə Tibb Bakalavrına və Cərrahiyyə Bakalavrına daxil olmaq hüququ verib və o, növbəti il müraciət edib. Boyu bir metrə yaxın olan gənc bu yaxınlarda təhsilini başa vuraraq xəstəxanada könüllü kimi işə başlayıb.
Hələ rekordlar kitabına düşməsə də, təxminən 1 metr boyu olan Ganesh Baraiya dünyanın ən qısa həkimi kimi tanınır.
Mikayıl