Dünyanın ən uzun adamı hələ də evsizdir

DÜNYA
20:51 25.12.2012
1579

“Ginnesin rekordlar kitabı”nda hazırda dünyanın ən ucaboy adamı kimi qeyd olunan türkiyəli Sultan Kösen aldadıblar.AZXEBER.COM-un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, 2 metr 51 santimetr boyu olan S.Kösemə ev almağa söz vermiş tanınmış türkiyəli iş adamı Ali Ağağolu bu vədini hələ də yerinə yetirməyib.Qeyd olunur ki, A.Ağaoğlu ilk dəfə bu ilin may ayında qatıldığı teleproqramda S.Kösemə Mardin şəhərində boyuna uyğun bir ev təşkil edəcəyinə söz vermişdi.Bu vəddən üç ay sonra jurnalistlər ona verdiyi vədi xatırlatdıqda, “Mən sözümün arxasındayam”, - deyə cavab vermişdi.Lakin iş adamının son danışığından 4 aydan çox vaxt keçməsinə baxmayaraq, ev məsələsi ilə bağlı S.Kösemi hələ də itirib-axtaran yoxdur.

OXŞAR XƏBƏRLƏR