Keçən həftə Rusiyada keçirilən yarışmada 106.7 santimetrlik ayaqları ilə ölkəsinin ən uzun ayaqlı qadını seçilən Anastasiya Straşevskayanın xəbərləri dünya mətbuatına əks olunandan sonra İngilis mətbuatı hərəkətə keçib.
“Daily Express” qəzeti İngilis maneken Aleksandra Robertsonun 119.4 santimetrlik ayaqları ilə dünyanın ən uzun ayaqlı qadını ola biləcəyini iddia edib.
Blackpoolda doğulub böyüyən Robertsonun boyunun Rus rəqibindən 12.7 santimetr daha uzun olduğunu qeyd edən qəzet, əsasən, alt paltarı dəfilələrində iştirak edən manekenə tərif yağdırıb.(publika.az)




