Rumıniyada yeni bir rekord vurulub. Belə ki, 10 dərzi dünyanın ən uzun gəlinliyini tikib. Bu gəlinliyi nümayiş etdirmək üçün hava şarından istifadə edilib. Bəyaz gəlinliyin təqdimatı hər il keçirilən toy yarmarkası zamanı baş verib.ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, gəlinlik paltarının uzunluğu 3 km-dir. Bu paltarı toyda geyinmək müşlük məsələdir. Bunu reallaşdırmaq istəyən gəlin ya özünə hava şarı sifariş etməli, ya da toy mərasimini 3 km-ə kimi uzatmalıdır.
Ginness kitabının nümayəndələri də bu paltarın dünyada ən uzun gəlinlik olduğunu təsdiq ediblər.