Dünyanın ən uzun yaşayan onurğalı canlısı açıqlandı

MARAQLI
12:01 17.02.2025
212
Qrinland köpək balığı dünyanın ən uzun yaşayan onurğalı canlısı seçilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hər il təxminən 1 sm böyüyürlər və onların cinsi yetkinliyə çatması üçün təxminən 150 il lazım olur.
 
Buna görə də onlar bu qədər uzunömürlü hesab edilir. Bu balıqlar əsasən Arktika və Şimal Atlantik okeanlarının soyuq sularında yaşayır. Onların bədənindəki xüsusi biokimyəvi maddələr soyuq mühitdə sağ qalmağa kömək edir.
 
Qrinland köpək balıqlarının uzun ömürlü olmasının səbəblərindən biri də onların metabolizmasının çox yavaş olmasıdır. Bu, həm böyüməni yavaşladır, həm də orqanizmin yaşlanma prosesini ləngidir.
 
Bəzi Qrinland köpək balıqlarının ətində yüksək miqdarda civə və digər ağır metallar tapılıb. Bu səbəbdən onların ətini yemək təhlükəlidir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR