Dünyanın ən varlı insanı sayılan meksikalı milyarder Karlos Slim İspaniyanın “Atletiko” klubunu almaq istəyir.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun daxilindən “Marca”ya xəbər sızıb.
Bildirilir ki, 68,6 milyard dollar əmlaka malik Slim niyyətini həyata keçirsə, “Atletiko” nəinki inkişaf edəcək, hətta çempionluq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Karlos Slim 2010, 2011 və 2012-ci illərdə “Forbes” jurnalı tərəfindən dünyanın ən varlı insanı elan olunub.