Dünyanın ən varlı idmançıları seçildi - REYTİNQ

DÜNYA
18:05 07.05.2012
2659

Ən varlı idmançı adına amerikalı qolfçuTayqer Vudslayiq bilinib. Onun 870 milyon dollarlıq varidatı var.

Arvadı Elin Nordeqrendən boşanandan sonra Vuds sabiq həyat yoldaşına 100 milyon dollar təzminat ödəyib. İkinci yerdə "Formula-1" beynəlxalq avto çempionatında dəfələrlə çempion olmuş Mixael Şumaxervar. O, 825 milyon dollarlıq sərvətə malikdir. Artıq peşəkar idmanı tərk etmiş amerikalı basketbolçu Maykl Cordan515 milyon dollarlıq sərvətlə 3-cü yerdədir. İlk onluqda sonrakı yerlərdə qolfçu Arnold Palmer, tennisçi Roje Federer, basketbolçu Kobi Brayant, avtoyürüşçü Deyl Ernhardt, besybolçu Aleks Rodriges, qolfçu Qreq Norman və 260 milyon dollarlıq sərvətlə futbolçuDevid Bekhemvar. Rusiyalı tennisçiMariya Şarapova90 milyon dolalrlıq sərvətlə qadın idmançılar arasında reytinq lideridir.

milli.az

OXŞAR XƏBƏRLƏR