Hər il nəşr olunan "Xoşbəxt Şəhər İndeksi" hesabatının 2025-ci il nəticələri açıqlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən dünyanın ən xoşbəxt şəhərlərini təqdim edir:
Kopenhagen - İndeksə görə, Kopenhagen canlı mədəniyyət, idarəetmə və iqtisadi fəaliyyət mərkəzi kimi meydana çıxıb. Şəhər ekoloji davamlılığa sadiqliyi ilə də diqqət çəkib.
Sürix - Siyahının ikinci pilləsində 993 xalla İsveçrənin Sürix şəhəri qərarlaşıb. Sürixin ekoloji cəhətdən təmiz nəqliyyat variantları, bərpa olunan enerji təşəbbüsləri və güclü səhiyyə sistemi şəhərin diqqətəlayiq xüsusiyyətlərindəndir.
Sinqapur - Avropadan kənarda ən çox xal toplayan ölkə Sinqapur olub. Sinqapur ümumilikdə 979 bal toplayaraq indeksdə üçüncü yeri tutub. Sinqapur dünya şöhrətli universitetləri, yüksək vətəndaş fəallığı və çox aşağı işsizlik nisbətləri ilə seçilir.
Orhus - Dördüncü şəhər də Danimarkada olan Orhusdur. Siyahıya 958 xalla daxil olan Orhus ölkənin ikinci ən böyük şəhəridir və aktiv vətəndaş iştirakı ilə tanınır.
Antverpen - Belçikanın Antverpen şəhəri 956 xalla beşinci yerdə qərarlaşıb.
Oksana