Yaponiyalı 114 yaşlı qadın dünyanın ən yaşlı xanımı hesab edilib.
AZXEBER.COM-un məlumatına görə, Osaka şəhərində yaşayan 114 yaşlı Misao Okava rəsmi olaraq dünyanın ən yaşlı qadını hesab edilib.“Ginnesin rekordlar kitabı”nın rəsmi nümayəndələri fevralın 27-də Misao Okavanı ziyarət ediblər.Dünyanın ən yaşlı qadını isə “Ginnesin rekordlar kitabı”na düşməsi barədə xəbərə münasibət bildirərkən, bununla fəxr etdiyini deyib.Hazırda dünyanın ən yaşlı kişisi də Yaponiyada yaşayır. Kyoto prefekturasında yaşayan 115 yaşlı Ciroemon Kimuranın adı dünyanın ən yaşlı kişisi kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib.










































