Dünyanın ən yaxşı futbolçusunun adının açıqlanacağı vaxt bilindi

İDMAN
11:09 26.09.2014
1485

Son dəfə “Qızıl top”a Kriştiano Ronaldo layiq görülmüşdü.

Dünyanın ən yaxşı futbolçusunun adına gələn il aydınlıq gələcək.

AZXEBER.COM-un məlumatına görə, FİFA “Qızıl top”un təqdim edilmə mərasimini 2015-ci il yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçirəcək.

Həmçinin həmin gün ilin ən yaxşı qadın futbolçusu, ən yaxşı kişi və qadın məşqçisi, ilin ən gözəl qolunun sahibi (Puşkaş adına mükafat) müəyyənləşəcək.

“Prezident mükafatı” (futbola töhfəyə görə), “Fair-play prizi” (təmiz oyuna görə mükafat) təqdim olunacaq, 11 oyunçudan ibarət ilin komandası elan ediləcək.

Namizədlərin siyahısı oktyabrın 24-də və 28-də açıqlanacaq.

Son dəfə “Qızıl top”a Kriştiano Ronaldo layiq görülmüşdü.

OXŞAR XƏBƏRLƏR