Dünyanın ən yaxşı işi - FOTOLAR

DÜNYA
12:48 01.05.2015
2738
Çox insan gecəsini gündüzünə qataraq işləyir. Bəziləri isə ayın sonunu gətirmək üçün yuxu üzü belə görmürlər. Bəs dünyanın ən yaxşı işi haradadır? Bu iş nədən ibarətdir?Dünyanın ən yaxşı işi 29 yaşlı qıza məxsusdur. 29 yaşlı Rianna Teylor Avstraliyada yaşayır.Çoxları işdən qazanadığı pulu istirahətə sərf edir. Onun işi isə ən lüks oteləri ziyarət edib, gəzmək və bu istirahətə görə pul almaqdan ibarətdir.Rianna dünyanın ən gözəl otellərində qaldıqdan sonra onlar haqqında bloqunda məlumat paylaşır. Onun paylaşdıqlarından isə istirahətə hazırlaşanlar faydalana bilər.Dünyanın əksər ölkələrində qeyd edilən 1 May - zəhmətkeşlərin beynəlxalq həmrəylik günü oxucularımıza dünyanın ən yaxşı işini fotolarla təqdim edirik.
OXŞAR XƏBƏRLƏR