Dünyanın ən zəngin 20 mafiya lideri: milyardlar, lüks həyat, həbsxana...

Dünyanın ən zəngin 20 mafiya lideri: milyardlar, lüks həyat, həbsxana...
MARAQLI
15:06 10.01.2019
6133
Bu günə qədər dünyanın ən zəngin 20 qanqsterinin siyahısı açıqlanıb. Həmin avtoritetlər narkotik maddə qaçaqçılığı və digər müxtəlif cinayətlərdə günahlandırılsalar da, sərvətlərini qorumağı bacarıblar.

AZXEBER.COM musavat.com-a istinadən dünyanın ən zəngin 20 mafiozunu təqdim edir:

1. Davud İbrahim. Onun sərvətinin Usamə bin Ladeninkindən 10 dəfə çox olduğu deyilir. Davud İbrahim 63 yaşındadır, hindistanlı qanqsterdir. Məlumata görə, hazırda o, Pakistanın Kəraçi şəhərində lüks bir sığınacaqda yaşayır. Davud İbrahim dünyadakı heroin qaçaqçılığının 75 faizinə nəzarət edir. Heroindən başqa onun həmçinin almaz, qızıl və mülk ticarətlərindən də qazanc əldə etdiyi bildirilir.

2. Pablo Emilio Eskobar - 30 milyard dollar. Qeyd edək ki, kolumbiyalı narkotik qaçaqçısı olan Eskobar barəsində çoxlu sayda film və serial çəkilib. Mafiya lideri 1993-cü ildə öldürülüb.

3. Al Kapone - 100 milyard dollar. Məlum olduğu kimi, Alfonse Kapone italyan əsilli mafiya lideri olub. O, 1920-1933-cü illərdə ABŞ-da alkoqol qadağasından sonra böyük sərvət qazanıb.

4. Frank Lukas - 52 milyard dollar. O, 1960-ı illərin sonu, 1970-ci illərin əvvəllində Harlemdə narkotik maddə satıcılığı və mütəşəkkil cinayətkarlıq təşkilatına liderilk etmiş qanqsterdir. Lukasın ən uğurlu işi narkotik ticarətində arada olan vasitəçiləri ləğv edərək Şərqi Asiyadan birbaşa narkotik maddə alması olub.

5. Amado Karillo Fuentes - 25 milyard dollar. Fuentes çox maraqlı hobbilərə, peşələrə malik adam olub. O, gizlənmək üçün üzdəyişdirmə əməliyyatı belə keçirib. Fuentes geniş narkomafiya şəbəkəsinə eyni anda bağlı olan, Amerikaya 4 qat daha çox kokain keçirə bilən meksikalı idi. O, "Göylərin əfəndisi” ləqəbi ilə tanınırdı. Bunun səbəbi var idi, belə ki, Fuentes radara yaxalanmamaq üçün yüksəklikdə uçurduğu reaktiv təyyarələrlə Amerikaya tonlarla kokain keçirə bilirdi. Bununla da ən çox axtarılanlar siyahısına düşən Fuentes Kuba və Rusiyada da öz bəxtini sınamağa başlayıb. Lakin burada çox da dayana bilməyən mafiya lideri Meksikaya dönmək qərarına gəlir. Bu, onun üçün təhlükəli olduğundan üzdəyişdirmə əməliyyatına girir. Lakin əməliyyat uğurlu keçmir, Fuentes elə əməliyyat masasında ölür.

6. Bernard Madof - 820 milyon dollar. Bernard Madof fırıldaqçı, sabiq investisiya məsləhətçisi, maliyyəçi olan məhkum olub. O, ABŞ tarixində ən məşhur maliyyə fırıldaqçısı hesab olunur.

7. Viktor Bout - 6 milyard dollar. 51 yaşlı Bout silah qaçaqmalçılığı ilə bu sərvəti toplaya bilib.

8. Alen Stanford - 2 milyard dollar. 2012-ci isə Alen Stanfordun qara pulların yuyulması və digər cinayət işlərində əməli təsdiq edilib.

9. Leona Helmsley - 2 milyard dollar. "Ortalamanın kraliçası” ləqəbini qazanan Leona əmlakçı əri Hari Helmsleylə bilrikdə bir mülk imperatorluğu qurub. 1992-ci ildə qaçaqmalçılıqla məşğul olduğu üçün 18 ay həbs cəzası alıb.

10. Denis Kozlovski - 600 milyon dollar. Kozlovski 1999-2002-ci illərdə işlədiyi şirkətdən yüz milyonlarla dollar qaçırıb, 25 il həbs cəzası alıb. O, qaçırdığı pulları lüks yaşayış həyat tərzinə, Nyu Yorkda lüks evlərə xərcləyib.

11. Joze Figuera Aqosto - 100 milyon dollar. Aqosto narkotik satıcısı kimi dəfələrlə həbs olunub.

12. Corc Cunq - 100 milyon dollar. Heroin qaçaqmalçısı olan Cunq ötən əsrin 80-ci illərində böyük sərvət qazana bilib. Baş rolları Coni Dep və Penelope Kruzun oynadığı "Blow” filmi tam olaraq onun həyatına həsr edilib. Zamanında Corc Cunq heroini Amerikya keçirərək buradakı narkotik ticarətinin 85 faizini nəzarətində saxlayıb.

13. El Çapo - 1 milyard dollar. O, narkotik ticarətçisi olub. 2014-cü ildə dövlət gücləri tərəfindən həbs edilsə də, çox qısa müddətdən sonra həbsxanada 1,5 km uzunluğunda tunel qazdıraraq, oradan qaçmağı bacarıb.

14. Lusi Lusiano - 105 milyon dollar. Lusi siciliyalı qanun qaçağı olub. O, ABŞ-da modern cinayət təşkilatlarının atası hesab olunub.

15. Kennez Lay - 90 milyon dollar. O, 2006-cı ildə Texasdakı ən məşhur vasitəçilik qurumu olan "Enro”nun iflasında günahlandırılıb.

16. Semyon Mogileviç - Miqdarı bilinməyən sərvət. Ukraynalı yəhudi ailəsində dünyaya gələn bu qanqster "liderlərin lideri” adlandrılıb, zamanında ən təhlükəli avtoritet hesab olunub. 1970-ci ildə rus mafiyasının başına keçib. 
Mogileviç əsasən işgəncələri, narkotik ticarəti, insan oğurluğu ilə məşhurlaşıb.

17. Meyer Lanski - 100 milyon dollar. Rus-yəhudi mühacir olan Meyer Lanski Bruklində yaşayıb. O, Las-Veqasda, Londra və Kubada qumar imperatorluğu qurub.

18. Toto Rina - 125 milyonluq sərvət. O, "ataların atası” adlandırılan italyan mafiya lideri olub.

19. Xun Sa - 5 milyard dollar. O, 1974-1994-cü ilə qədər tiryək qaçaqçılığına nəzarət edib. Zamanında ABŞ-da heroin ticarətindəki məhsulların hamısı Xun Sanın tarlalarında yetişdirilirdi. O, 1996-cı ildə polisə təslim olub.

20. Niki Barnes - 105 milyon. Nyu Yorkun keçmiş narkotik baronu, "toxunulmaz”ı olub. İllərlə bu şəhərdə heroin ticarətinə nəzarət edib. Lakin polis tərəfindən yaxalanaraq ömürlük həbs cəzası alıb. 1998-ci ildə isə cəzasını müddətli cəza ilə əvəz edə bilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir