Dünyanın ən zəngin adamlarından biri 90 yaşında vəfat etdi

Dünyanın ən zəngin adamlarından biri 90 yaşında vəfat etdi
MARAQLI
10:47 04.02.2022
500
Meksikalı sənayeçi və iş adamı Alberto Bayeres 90 yaşında vəfat edib.

Bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard məlumat verib.

"Görkəmli meksikalı sahibkar Alberto Bayeresin vəfatı ilə əlaqədar ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm” – XİN rəhbəri öz "Twitter” hesabında yazıb.

Qeyd olunur ki, Alberto Bayeres 28 yaşında atasından ona miras qalan "Grupo Bal” şirkətlər qrupunun rəhbəri olub.

2022-ci ildə "Forbes” jurnalı A.Bayeresin və ailəsinin xalis sərvətini 8,6 milyard dollar dəyərində qiymətləndirib.

Müsahibələrinin birində iş adamı həyatda ən çox işləməkdən həzz aldığını vurğulamışdı.
OXŞAR XƏBƏRLƏR