Dünyanın gözlədiyi görüş reallaşacaq: Tramp və Putin bu ölkədə görüşəcəklər

DÜNYA
12:55 13.02.2025
168
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ilk dəfə, ehtimal ki, Səudiyyə Ərəbistanında görüşəcəyini deyib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib.
 
Görüşlə bağlı Tramp bu sözləri deyib:
 
"Nə edə biləcəyimizi bilirik. Düşünürəm ki, biz sülh üçün düzgün yoldayıq”.
 
Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü xatırladan Tramp vurğulayıb ki, o, Ukraynanın ABŞ və Rusiya arasında müharibəyə son qoymaq üçün aparılan danışıqlarda bərabərhüquqlu iştirakçı olub-olmayacağı barədə dəqiq heç nə deməyib.
 
"İnsanlar həqiqətən də Prezident Putinin fikirlərinin nə olduğunu bilmirdilər. Amma böyük əminliklə deyə bilərəm ki, o da bunun bitməsini istəyir. Bu, yaxşı haldır və biz buna son qoymaq və mümkün qədər tez etmək üçün çalışacağıq", - Tramp deyib.

Tramp deyib ki, o və Putin qarşılıqlı səfərlər də daxil olmaqla, sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər və müvafiq komandalar dərhal Ukrayna ilə bağlı danışıqlara başlayacaq.
 
Tramp həmçinin Putinlə tezliklə üz-üzə görüşəcəyini söyləyərək "Mən ora gedəcəm və yəqin ki, Səudiyyə Ərəbistanında ilk dəfə görüşəcəyik. Biz vəliəhd şahzadəni (Səudiyyə vəliəhdi Məhəmməd bin Salman) tanıyırıq və məncə, görüşmək üçün çox yaxşı yer olardı".

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov dünən deyib ki, Putin Tramp və hökumət rəsmilərini Ukrayna məsələsini müzakirə etmək üçün Moskvaya dəvət edib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 13.02.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi

15:49 13.02.2025

Prezident bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Şəhid atasıdır, oğlunun yatdığı torpağa qurban olum" - Cavidan Novruz

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi