Dünyanın ikinci ən böyük almazına alıcı tapıldı

Dünyanın ikinci ən böyük almazına alıcı tapıldı
DÜNYA
15:37 16.08.2026
234
Botsvanada 2024-cü ildə aşkarlanan 2488,32 karatlıq "Motsvedi” almazı təxminən iki ildən sonra alınıb.

Kanadanın Lucara Diamond şirkəti satış faktını açıqlasa da, alıcının kimliyini və daşın hansı qiymətə satıldığını bildirməyib.

GIA-nın məlumatına görə, "Motsvedi” tarixdə tapılmış ən böyük keyfiyyətli xam almazlar arasında ikinci yerdədir. Birinci yerdə 1905-ci ildə Cənubi Afrikada aşkarlanan 3106 karatlıq "Kullinan” almazı dayanır.
 
//Bizim.media
OXŞAR XƏBƏRLƏR