Dünyanın ilk pilotsuz hava taksisi istifadəyə hazırdır - Foto

Dünyanın ilk pilotsuz hava taksisi istifadəyə hazırdır - Foto
MARAQLI
22:43 16.02.2018
4108

Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubay səmasında qeyri-adi nəqliyyat vasitəsinin – avtonom (kabinədə insan tərəfindən idarə olunmayan) hava taksisinin istifadəyə verilməsi planlaşdırılır.

Layihə effektiv dövlət idarəçiliyi və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr edilən VI illik Ümumdünya Hökumət Sammitində (World Government Summit, WGS 2018) təqdim olunub.

Yeni taksi növünün istifadəyə verilməsinin təşəbbüskarı qismində Almaniyanın "Volocopter” şirkəti ilə əməkdaşlıq edən Dubay Yol və Nəqliyyat İdarəsi çıxış edir.

İdarənin məlumatına görə, hava taksisi yüksək təhlükəsizlik və etibarlılıq standartlarına cavab verəcək. İdarəetmə "GPS” naviqatoru əsasında xüsusi marşrut proqramlaşdırma sistemi vasitəsilə fəaliyyət göstərən avtopilot tərəfindən həyata keçiriləcək. Taksinin hərəkətinə nəzarəti Yerdəki operator edəcək.

Təqdimat materiallarında qeyd olunur ki, elektriklə işləyəcək hava taksisi ekoloji təmiz nəqliyyat növüdür. Layihəyə görə, uçuşun maksimal müddəti 30 dəqiqə, maksimal sürəti 100 km/saat təşkil edəcək.

Bildirilir ki, taksini smartfon vasitəsilə sifariş etmək mümkün olacaq. Daha sonra istifadəçinin qurğusuna uçuşun təsdiqi və marşrutun planı haqqında məlumat göndəriləcək. Layihə müəlliflərinin sözlərinə görə, aparat vaxtında və təyinat məntəqəsinə maksimum yaxın əraziyə eniş edəcək.

Hava taksisinin istismara verilməsini nəzərdə tutan layihə Dubay hökumətinin ən yeni texnologiyaların ictimai həyat və xidmətlər sahəsinə tətbiqi üzrə irimiqyaslı planın tərkib hissəsi olacaq.

Bir müddət əvvəl BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum bəyan edib ki, 2030-cu ilədək şəhərin mobil parkının 25 faizini avtomatik hərəkət edən nəqliyyat vasitələri təşkil edəcək.

 

qafqazinfo.az


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev