19:27 şənbə, 21 Aprel 2018
TOP4

Dünyanın qibtə etdiyi ancaq xoşbəxt olmayan 15 məşhur cütlük - FOTOLAR

14:50, 23.09.20168966
Dünyanın qibtə etdiyi ancaq xoşbəxt olmayan 15 məşhur cütlük - FOTOLAR
Ancelina Coli ilə Bred Pitin ayrılıq xəbərləri ortaya çıxandan sonra, bu hadisə dünyada ən çox müzakirə olunan məsələlərdəndir.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən boşanan 15 dünyaşöhrətli cütlüyün siyahısını təqdim edir:
 
1. Katie Holmes - Tom Cruise. 2005-ci ildə münasibət quran cütlük 1 il sonra uşaqları olandan sonra evləniblər. Evlilikləri cəmi 5 il yarım sürüb.

 
2. Jennifer Lopez - Marc Anthony. Uzün sürən dostluqları 2004-cü ildə sevgiyə çevrildi. Qısa müddət ərzində nikah masasına əyləşən cütlük 2011-ci ildə ayrılıq qərarını verdilər. 2 ildir ki, rəsmi olaraq boşanıblar.


 
 
 
3. Ryan Reynolds- Scarlett Johansson. 2008-ci ildə evlənən cütlük 2 il sonra ayrılıblar. 2011-ci ildə rəsmi olaraq boşanan Reynolds 1 il sonra Blake Lively ilə evlənib. Scarlett 2 il öncə Romain Dauriac ilə ailə qurub.
 
 
 
4. Katty Perry- Russell Brand. Cütlük ən qısa evil olanlar sırasına aiddir. Hindistanda evlənən cütlük 14 ay sonra boşanıb.
 
 
5. Madonna- Sean Penn. 1985-ci ildə evlənən cütlük 1 il sonra "Shanghai Surprise” filmində baş rolları oynayıblar. 1987-ci ildə boşanmaq istəyən Madonna bu qərarından vaz keçmişdi. Amma 1989-cu ildə evliliyə son qoyuldu.
 
 
 
6. Jennifer Aniston- Bred Pitt. 2000-ci ildə başlayan evlilik 2005-ci ildə bitib.
 
 
7.Ancelina Coli- Billy Bob Thornton. Bred Pitt kimi 2000-ci ildə evlənən Coli 3 il sonra boşanıb.
 
 
8. Britney Spears- Kevin Federline. 2 uşaqları olan cütlük 2004-cü ildə ailə qurub. Çətin ailə həyatı keçirən Britney və Kevin 3 il sonra boşanıblar.
 
 
9. Reese Witherspoon- Ryan Phillippe. 1999-cu ildə ailə quran cütlük 8 il sonra boşanıb. Evlilikdən 2 övladları var.
 
 
10 Meg Ryan- Dennis Quaid. "D.O.A” filmində tərəf müqabili ilə Meg Ryan 1991-ci ildə ailə qurub. Ryan evlənəndə Quaidin kokaini tərgitməsi üçün şərt qoymuşdu. 10 il sonra boşanan cütlüyün uşaqlarından biri aktyordu.
 
 
11. Jennifer Carpenter- Michael C. Hall. 2008-ci ildə gizli evlənən cütlüyün evliliyi uzun sürməyib. 3 il sonra boşanan cütlük indi dost kimi münasibəti saxlayıblar.
 
 

12. Kris Jenner- Bruce Jenner. Kris Jenner ikinci evliliyini Bruce Jenner ilə edib. İlk evliliyindən 4 uşağı olan Krisin bu evlilikdən 2 qızı var. 1991-ci ildə başlayan evlilik 2015-ci ildə bitdi.
 
 
13. Madonna- Guy Ritchie. 2000-ci ildə Madonna məşhur rejissor Guy ilə ailə qurdu. 8 il davam edən evlilikdən 1 övladlıq olmaqla 2 uşaqları var.
 
 
 
14. Robin Wright- Sean Penn. 1996-cı ildə Sean Madonnadan tez tərpənərək Robin ilə ailə qurdu. 2007-ci ildə ayrılıq xəbəri gəzən cütlük yenidən birləşsə də 3 il sonra boşandılar.
 
 
15. Nicole Kidman- Tom Cruise. 1990-cı ildə evlənən cütlük 11 il bir yerdə olub. Evlilikdən uşaqları olmadığı üçün övladlığa 2 uşaq götürüblər.
 
 
Qızılgül
0
XƏBƏR LENTİ