Dünyanın sonu yaxınlaşır – Tarix verildi

MARAQLI
12:21 11.11.2022
957
1973-cü ildə o dövrün ən yaxşı universitet professorları tərəfindən idarə edilən və qiyamət təxminləri edən superkompüter dünyanın sonunun tarixini açıqlayıb.

1973-cü ildə dünyanın hər yerindən ən yaxşı universitet professorları tərəfindən hazırlanmış superkompüter əvvəllər bəzi təbii ehtiyatların tükənməsi və iqlim dəyişikliyi ilə bağlı da tarix vermişdi.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, superkompüter artıq dünyanın sonu üçün tarixi təyin edib.

Doğum nisbətləri, çirklənmə səviyyəsi, təbii sərvətlərin istehlakı kimi məlumatları təhlil edən kompüter, inkişaf etmiş alqoritmi sayəsində dünyanın yox olma tarixini bu və buna bənzər faktorlar əsasında hesablayıb.

Kompüter Yerin məhv olması üçün 2050-ci ilə işarə edib.

Superkompüterin proqnozuna görə, 2050-ci ilə qədər dünya yaşayış üçün yararsız hala düşəcək. Əgər o vaxta qədər bu vəziyyət aradan qaldırılmasa, çirklənmə səbəbindən əhali demək olar ki, 1900-cü illərin səviyyəsinə qədər azalacaq. Həyat keyfiyyəti sıfıra enəcək.

Kompüterə verdiyi məlumata görə, 2050-ci ilə qədər planetdə sivil həyat sona çatacaq.
 
Aydın

OXŞAR XƏBƏRLƏR