Dünyanın sonudur, yoxsa mayda hava belə olmalıdır? - RƏY

SOSİAL
12:01 25.05.2022
1280
Bir neçə müddətdir ki, ölkə ərazisində yaz fəslinə uyğun olmadığı deyilən hava şəraiti müşahidə edilir. May ayında bəzi ərazilərdə güclü leysan, dağlıq ərazilərdə isə qarın yağmasını iqlim dəyişikliyi ilə əlaqələndirənlər də var.

Bəs bu cür hava şəraitinin müşahidə edilməsinin səbəbləri nədir? Bunu iqlim dəyişikliyi ilə əlaqələndirmək olarmı?

 

 

Məsələ ilə bağlı AZXEBER.COM-a ekoloq, "Biosfer” İctimai Birlyinin sədri Qorxmaz İbrahimli fikirlərini bildirib. 


O, qeyd edib ki, hazırda hava şəraiti heç də anomal deyil:

"Mən hesab etmirəm ki, hazırki hava şəraiti tamamilə anomal bir hava şəraitidir, qətiyyən belə zənn etmirəm. Bəli, orta aylıq temperaturdan bir az aşağı temperatur müşahidə edilir. Amma bu da anomal deyil. Çünki biz zaman-zaman, 10 ildən bir, 20 ildən bir belə hava şəraiti ilə rastlaşırıq. Yəni, təbiətdə bu cür hallar olur”.

Ekoloq bildirib ki, bu cür hava ağac və meyvələrə ziyan verəcək halda deyil:

"Hazırda dağətəyi və Aran zonasında ağaclar nəinki çiçəkləyir, hətta meyvə verməyə başlayır. Bu baxımdan bu cür hava ağaclara, meyvələrə ziyan verəcək halda deyil. Amma dağlıq zonalarda olan çiçəkləmiş ağaclara müəyyən ziyan verə bilər. Tozlanma gedibmi, yoxsa yox, biz onu bilmədiyimizə görə, dəqiq deyə bilmərik. Ən yüksək dağlıq zonalarımızda qar yağıb. Qubanın Qırız kəndində və digər yüksək dağlıq ərazilərdə qar yağıb və mənfi temperatur var. Bu da normaldır və orta aylıq temperaturun aşağı olması ilə bağlıdır. Ona görə də, dağlıq ərazilərdə mənfi tepmeratur özünü göstərməli idi. Təbii ki, bunu qlobal istiləşmə ilə birbaşa bağlamaq olmaz, amma müəyyən mənada dünyada gedən proseslər buna səbəb ola bilir. Bunlar hamısı havaların isinməsinə təsir edir. Amma bu, o demək deyil ki, bizi bu yay böyük bir faciə gözləyir. Qətiyyən belə deyil, insanlar rahat olmalıdırlar. Gələn həftədən havanın temperaturu yüksələcək və hətta orta aylıq temperaturun üzərinə qalxa bilər”. 

Q. İbrahimli yay aylarında anomal istilərin olub-olmayacağı ilə bağlı da fikirlərini bildirib:

"İndi bir neçə ay sonranın proqnozunu vermək çətindir, amma ilə baxanda müəyyən şeylər demək olar. Anomal istilər o deməkdir ki, daha çox iyun, iyul aylarının müəyyən günləri həddindən çox isti keçə bilər. Belə hallar olur. O zaman da əvvəlcədən məlumat verilir, insanları çimərliklərə çağırırlar, günəşdə çox olmamağı tövsiyə edirlər. Mən hesab etmirəm ki, bu, böyük bir quraqlıq və ya istilik gətirir. Deyirlər ki, bu yay soyuq keçəcək, bu da həqiqətə uyğun deyil. İyun ayı orta aylıq temperaturda keçəcək, iyul ayı isə normadan bir az isti olacaq”. 

"Bizim bir sıxıntımız var, yüksək dağlıq zonalarda az da olsa, buzlaqlarımız var, qlobal istiləşmənin təsiri ilə o buzlaqların sahəsi kiçilib. Bu o deməkdir ki, dünyada hava istiləşir, bizim də dağlarda buzlaqlara təsir edir. Bu da akkumulyativ su ehtiyatlarımızın azalmasına səbəb olur”, deyə ekoloq əlavə edib.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb