Dünya Meteorologiya Təşkilatı (WMO) dünyanın hər yerində təsirli olan isti dalğasının bəzi ölkələrdə milli temperatur rekordlarının qırılmasına səbəb ola biləcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.
WMO-nun açıqlamasına görə, intensiv isti dalğalarının ABŞ-nin cənubu, Aralıq dənizi, Şimali Afrika, Yaxın Şərq və bəzi Asiya ölkələrini təsir etdiyi və WMO-nun mümkün yeni temperatur rekordlarını araşdıracağı qeyd edilib.
Açıqlamada bildirilib ki, havaların isti keçməsi nəticəsində ölkə meteorologiya və hidroloji xidmətlər tərəfindən bir sıra gündəlik temperatur rekordları qeydə alınıb.
Qeyd olunub ki, bəzi ölkələrdə milli temperatur rekordları qırıla bilər və bunlar da Ümumdünya İqlim Təşkilatının Qlobal İqlim Dövləti hesabatına daxil ediləcək.
Ayşən