Dürdanə Ağayeva vəfat etdi

Dürdanə Ağayeva vəfat etdi
SOSİAL
22:51 04.08.2024
1190
Xocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva vəfat edib.

AZXEBER.COM xəbər verir ki, D. Ağayeva uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırım zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.

D. Ağayeva əsirlikdən sonra "Erməni zindanında səkkiz gün” kitabını yazıb.
OXŞAR XƏBƏRLƏR