Düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edildi - VİDEO

SİYASƏT
19:37 25.10.2020
6319

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Bu barədə AZXEBER.COM Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.

OXŞAR XƏBƏRLƏR