"Düşmən Donetsk bölgəsini ələ keçirmək sərsəm fikrindən əl çəkməyib"
AZXEBER.COM Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski gecə saatlarında sosial media hesabında paylaşdığı video açıqlamada Rusiya qüvvələrinin cümə axşamı günü raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə yenidən Ukraynaya hücum etdiyini xatırladıb.
Ölkəsinin müxtəlif bölgələrinə qarşı atılan Rusiya raket və PUA-larının əksəriyyətinin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirən Zelenski, "54 raket və 11 İHA məhv edilib” deyə əlavə edib.
Bəzi raketlərin enerji infrastrukturlarına dəyməsi nəticəsində Ukraynanın əksər bölgələrində elektrik enerjisinin kəsildiyini bildirən Zelenski, bəzi bölgələrdə elektrik enerjisinin verilməsində fasilələrin olduğunu bildirib:
"Hər belə raket hücumu ilə Rusiya özünü daha da dərin dalana sürükləyir. Onun raketləri azalır. Və hər bir raket göstərir ki, bütün bu hücumlar məhkəmə ilə bitməlidir. Bu gün axşam saatlarından etibarən raket zərbələrindən yaranan problemə görə Ukraynanın əksər bölgələrində elektrik enerjisində fasilələr var".
Donetsk cəbhəsinin hələlik Rusiya və Ukrayna arasında gedən müharibənin ən qaynar nöqtəsi olduğunu bildirən Zelenski, "rusların həmin ərazini işğal etmək fikrindn daşınmadığını vurğulayıb: "Düşmən Donetsk bölgəsini ələ keçirmək sərsəm fikrindən əl çəkməyib. Rusiya ordusunun sözügedən ərazidə irəliləməsinə imkan vermədiyi üçün Ukrayna ordusuna təşəkkür edirəm".
Günel