Düşmən təxribat etmək istəyir: Bakıya iki qarabağlı erməni gəlir

SİYASƏT
16:45 16.06.2015
3694
Ermənistan Bakıda yeni təxribatını gerçəkləşdirmək istəyir. Dağlıq Qarabağdakı separatçı rejimin "İdman Komitəsinin sədri" Razmik Hovsepyan "Radio Liberty"nin erməni redaksiyası olan "Azatutyun"a verdiyi açıqlamasında bildirib ki, qarabağlı erməni samboçular Sose Balasaryan və Aşot Qabrielyan Bakıya, 1-ci Avropa Oyunlarına yollanırlar.
"Qarabağ savaşında atəşkəs elan olunandan sonra ilk dəfə qarabağlı erməni idmançılar Azərbaycan paytaxtında keçiriləcək idman turnirində iştirak edəcəklər, - Hovsepyan söyləyib. - Samboçularımız yarışlara Ermənistan yığmasının heyətində qatılacaqlar. Onlar Ermənistan çempionu olduqları üçün müvafiq çəki dərəcələrində çıxış edəcəklər. İyunun 20-də iki samboçumuz və məşqçimiz Gürcüstandan Bakıya yollanacaq. Bakıda sambo yarışları iyunun 23-də başlanacaq.
Əfsuslar olsun ki, idmançılarımız Bakıda azad şəkildə dolaşmaq, küçələri gəzmək imkanlarına malik olmayacaqlar".
Xatırlalaq ki, məhz Aşot Qabrielyanın Moskvada keçirilmiş sambo üzrə Dünya Kubokunda qələbəsindən sonra Ermənistan himni ifa olunanda azərbaycanlı samboçu nümayişkaranə şəkildə oturmuşdu.
Sose Balasanyanın məşqçisi Vano Azizbekyanın dediyinə görə, samboçu yaxşı formadadır, hər gün məşq edir.
İki qarabağlı erməninin Ermənistan yığmasının üzvləri qismində 1-ci Avropa Oyunlarına göndərilməsi qərarı rəsmi Yerevanın Bakıda aşkar təxribat törətmək, qalmaqal yaratmaq istəyidir.
Görünür, Yerevan əsəblərimizi yoxlamaq qərarına gəlib, çünki S.Sose Balasaryan və Aşot Qabrielyanın Bakıya göndərilməsi qərarı aşkar təxribatdır.
//milli.az
OXŞAR XƏBƏRLƏR