"Düşmənimin balasına belə mənim yaşadığım ailə həyatını arzulamıram" -16 yaşında ailə quran Nigar - VİDEO

"Düşmənimin balasına belə mənim yaşadığım ailə həyatını arzulamıram" -16 yaşında ailə quran Nigar - VİDEO
MAQAZİN
13:02 07.01.2019
14997
ARB TV-nin "Boş anlar” verilişinin növbəti qonağı xanəndə Nigar Şabanova olub.

AZXEBER.COM xəbər verir ki, xanəndə ailəli olub boşandığından söz danışıb:

"Hazırda ailəli deyiləm. Amma ailə qurub boşanmışam. Məsləhət olsa idi, illərdi bunu açıb deyərdim. Görürəm ki, bu artıq insanlarda qıcıq yaradır. Deyirlər ki, "Nə səbəbə gizlədirsən? Yəqin ki, gizlədib yenidən ailə həyatı qurmaq istəyirsən. Əsla belə bir fikrim yoxdur. Mənim həyatımda hər bir şey qayda-qanunla baş verib.

Nigar Şabanova çox kiçik yaşlarında zorla evləndirildiyi ağır həyat hekayəsindən də söz açıb: "Ailəm məni 15 yaşımda nişanladı. 16 yaşımda isə ailə qurdum. Qohum idi. O vaxtlar nə telefon, nə də internet dövrü idi. Ana ilə məktəbə gedib, ana ilə də gəlirdim. O vaxtı anamıza deyə bilməzdik ki, mən bunu etmək istəmirəm. Yadımdadır ki, uşaq vaxtı həyətdə oynayanda, anam məni balkondan çağırdı və mən isə "nədir?” dedim. "Nədir” sözünün üstündə anam məni vurdu.

Ailə qurdum şəxs isə anamın dayısı nəvəsi idi və dayımın da qaynı idi. Dedilər ki, ona veririk, ona da gedəcəksən. Nişanlı vaxtlarımda belə onun kobudluğunu anlayıb deyirdim ki, nişanı qaytarıram.  Dayımgil yığılıb üstümə gəldi ki, bizim nəslimizdə elə şey ola bilməz, sən nə edirsən?

Olmaz olsun, oldu, ailə quruldu və heç bir il davam etmədi. Düşmənimin balasına belə mənim yaşadığım ailə həyatını arzu etmirəm. Mən o həyata dözüb otururdum. Çünki mən evdən çıxanda mənə anam bir kəlimə dedi ki, "Sən bilməzsən, ailədə çətinliklər olur.

Bu bir tapşırıq idi. İkinci tapşırıq isə birdən bilməzsən nəsə olar üstümə gələrsən, sənin oradan ancaq ölün çıxa bilər. Bizim ailəmizdən qız qayıda bilməz. Amma dayım onun bacısından ayrıldı. Onlar da gətirib məni verdilər.

Acığa... Siz bizim qızı saxlamadınızsa, biz sizin qızı niyə saxlamalıyıq? Amma mənim heç bir günahım yox idi ki...”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin: Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib
19:54 18.03.2025
Putin: Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib
Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib
19:41 18.03.2025
Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib
"Kimsə məni bəyənmirsə, bu həmin adamın problemidir" - Kərim
19:30 18.03.2025
"Kimsə məni bəyənmirsə, bu həmin adamın problemidir" - Kərim
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
19:19 18.03.2025
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
Rusiyalı hokkeyçi anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb
19:10 18.03.2025
Rusiyalı hokkeyçi anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb
Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir
18:58 18.03.2025
Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir
XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
18:46 18.03.2025
XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR
18:41 18.03.2025
Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR
"Milan"ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər
18:35 18.03.2025
"Milan"ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər
Gələn il "Oskar" mükafatının veriləcəyi tarix açıqlandı
18:21 18.03.2025
Gələn il "Oskar" mükafatının veriləcəyi tarix açıqlandı
Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik
18:08 18.03.2025
Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik
İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib
17:52 18.03.2025
İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
17:45 18.03.2025
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR
17:43 18.03.2025
“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR
Naftalanda Şəhid ailələri ilə birgə Novruz tonqalı yandırılıb - FOTOLAR
17:25 18.03.2025
Naftalanda Şəhid ailələri ilə birgə Novruz tonqalı yandırılıb - FOTOLAR
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
17:08 18.03.2025
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi