Düşmənin Tərtərdə dağıtdığı mağazanın görüntüləri - FOTO

Düşmənin Tərtərdə dağıtdığı mağazanın görüntüləri - FOTO
SOSİAL
14:47 09.11.2020
516

Noyabrın 8-i Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonunun Şıxar qəsəbəsi və Qazyan, Hüsənli, Əskipara və Səhlabad kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən yenə də dinc sakinləri hədəfə alıb.

Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzində yerləşən geyim mağazasının yaxınlığına düşüb. Nəticədə mağazaya külli miqdarda ziyan dəyib. Xoşbəxtlik ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ermənilər noyabrın 8-i səhər saatlarından başlayaraq Tərtər rayon ərazisinə ümumilikdə 133 top mərmisi atıb. Nəticədə 4 ev tamamilə dağılıb, 32 evə və bir neçə mağazaya ziyan dəyib. Bu gün isə düşmən tərəfindən ümumilikdə 24 top mərmisi atılıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.






OXŞAR XƏBƏRLƏR