Düşmənin Tərtərdə toplarla dağıtdığı evlər - FOTO

Düşmənin Tərtərdə toplarla dağıtdığı evlər - FOTO
SOSİAL
11:48 03.10.2020
638
Dünən - oktyabrın 2-də düşmən yenə dinc əhalini hədəf alıb. Yalnız həmin gün ərzində Tərtərə 2 mindən çox mərmi düşdü.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Mülki evlərə, mülki obyektlərə və inzibati ərazilərə ziyan dəyib. 

Həmçinin düşmənin atdığı "Qrad" mərmisi evlərə, məktəblərə, kafe, restoranlara və şəhərin mərkəzi küçələrinə düşüb. 

Hazırda Emənistan silahlı bölmələri tərəfindən Tərtər şəhərinə top mərmiləri atılmaqda davam edir. Azərbaycan Ordusu düşmənə lazımi cavab verir, döyüşlər davam edir. 

AZXEBER.COM mərmi düşən evlərin fotolarını təqdim edir: 
 

 

 


OXŞAR XƏBƏRLƏR