Dustaq torpaq (ŞEİR)

KÖŞƏ
19:18 07.05.2011
9601

Gül özgəyə, tikan sənə qalanda

Xarıbülbül  hönkürdümü, Qarabağ ?

***

Harda  qaldı məğrur gəzən gözəllər?

Al qırmızı, yaşıl geyən gözəllər?

Qolubağlı əsir gedən gözəllər

Ah  göndərsin, ahımızı dağlayaq . . .

***

Orda— düşmən sərvətimi bölür hey ,

Burda—ərlər  hiddətindən ölür hey .

Dünya yanmır dərdimizə---gülür hey ,

Ümidləri niyə ona bağlayaq ?

***

Şəhidlərin sinəsində dağ qalıb ,

Nifrətimiz şəhid deyil –- sağ qalıb.

Qara dərddən qəlbimiz də qaralıb—

Necə gəzək alnı açıq , üzü  ağ ?

***

Zaman keçir,  dəyişməyir bu yara—

El  didərgin, ümid yorğun, avara . . . 

Gün doğarmı o qaranlıq yollara—

Qovuşarmı bu  torpağa o torpaq ?

Sədaqət Əhmədova

OXŞAR XƏBƏRLƏR