Düşüncələr Dünyam
Hələ uşaqikən xəyal qurardım,
Bu xəyal mənimlə böyüyər deyə.
Həvəslə düşünüb 1 ad qoyardım,
Düşüncələr Dünyam var olsun deyə.
* * *
Xəyalın qurduğum kiçicik dünyam,
Sanki mənim üçün 1 işıq imiş.
Zamanla yox olan Düşüncələr Dünyam,
Anladım sadəcə 1 xəyal imiş.
* * *
Düşündüm , xəyal qurmaq , zərərdir mənə,
Zərərdən tez dönsəm mənə xeyrdir.
Sevdiyim 1 insan ad verdi mənə,
Düşüncələr Dünyam , sanki bitibdir...
Söz
Bəzən insanlara uğur gətirər ,
Yerində deyilən dəyərli 1 söz.
Bəzən insanlara kədər gətirər ,
Bilmədən deyilən nalayiq 1 Söz.
* * *
Ağızda hər sözü bişirmək gərək ,
Hər nə deyiriksə yerində deyək.
İcazə vermiyək azdırsın fələk,
İncəykən kobuda çevrilsin hər Söz
* * *
Adam var sözüylə inci düzəldər ,
Adam var hər sözü , betərdən betər.
Adam var sözləri dünyanı gəzər,
Həkk olar yaddaşa Qiymətli hər Söz