“Düşünürəm ki, bunu etməyimizin vaxtı çatıb”

“Düşünürəm ki, bunu etməyimizin vaxtı çatıb”
DÜNYA
23:05 16.05.2025
768
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə mümkün qədər tez danışıqlara başlamağı planlaşdırdığını bildirib.

Amerika liderinin sözlərini "CBS News” yayıb.

"Düşünürəm ki, bizim bunu etməyimizin vaxtı çatıb”, - Tramp bildirib.

O, yaxın vaxtlarda Putinə zəng edəcəyini də qeyd edib.

ABŞ Prezidenti izah edib ki, onun Rusiya lideri ilə görüşü Ukraynadakı münaqişənin həllinə kömək edə bilər. 
 
/Qafqazinfo
OXŞAR XƏBƏRLƏR