xari

Dövlət Agentliyi: Azərbaycanda 2000-3000 manat bonus alan həkimlər var

SOSİAL
16:09 23.04.2021
192
"Əvvəlki təcrübə onu göstərirdi ki, bonus və əlavələrin hesablanması ilə bağlı müəyyən gecikmələr olurdu. Bu da tibb müəssisələrinin siyahını gec təqdim etməsi ilə bağlı idi. Elə hal olurdu ki, əlavələrin hesablanması 3-4 ay yubanırdı”.

AZXEBER.COM xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

O qeyd edib ki, vaxt keçdikcə problem aradan qalxıb və siyahılar əvvəlki kimi gecikmir: "Artıq aprel ayı bitir və may ayının bonusları, demək olar, hesablanmağa başlayıb. Qeyd edim ki, bu kimi yubanmaların bizim agentlikdə əlaqəsi yoxdur”.

Şöbə müdiri vurğulayıb ki, ötən il icbari tibbi sığortanın tətbiq olunduğu 23 rayon və şəhərdə həkimlərin bonuslarının miqdarı 2000-3000 manat civarında olub.

OXŞAR XƏBƏRLƏR