Dövlət başçısı: "Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi"

Dövlət başçısı: "Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi"
Siyasət
21:47 03.06.2020
1590
"Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq".

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır. Mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki, onlar öz torpağından heç bir yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpağında möhkəm dayanıblar. Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər", - dövlət başçısı deyib.

Prezident İlham Əliyev vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir.

Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
13:31 24.09.2025
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
13:29 24.09.2025
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
"Qız anası olmaq istəyirəm" - Nəfəs
13:01 24.09.2025
"Qız anası olmaq istəyirəm" - Nəfəs
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
12:57 24.09.2025
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
İlhamə Elşadqızına hökm oxundu
12:56 24.09.2025
İlhamə Elşadqızına hökm oxundu