xari

Dövlət başçısı: “Azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir”

SİYASƏT
15:00 26.01.2021
558
"Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik”.

Bu sözləri Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

"Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır.

Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun”.

"Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "smart-city”, "smart-village”, - yəni, "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı onlarla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”, -deyə İlham Əliyev bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:05 07.03.2021

Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb

21:34 07.03.2021

Türkiyədə 65 nəfər koronavirusdan vəfat edib

21:25 07.03.2021

FHN güclü küləklə bağlı əhaliyə müraciət etdi - VİDEO

21:03 07.03.2021

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb, bölgələrə qar yağır

20:45 07.03.2021

Hulusi Akardan Azərbaycan mesajı: “Qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”

20:42 07.03.2021

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu

18:35 07.03.2021

Xaçmazda dönərxanada zəhərlənmə oldu - 17 yaşlı gənc öldü

18:32 07.03.2021

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır"

18:16 07.03.2021

BDYPİ küləkli hava ilə əlaqədar sürücülərə müraciət etdi

16:41 07.03.2021

Karantin qaydalarının sərtləşdirilməsi ehtimalı ilə bağlı professordan AÇIQLAMA

16:29 07.03.2021

Azərbaycanda koronavirusa yoluxma 500-ü ötsə.... - VİDEO

14:44 07.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

14:30 07.03.2021

Qonşusunun evində oğluna toy etdi, polis gəldi – FOTO

14:10 07.03.2021

Neft Daşlarında dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA

13:45 07.03.2021

Qadağalar taksi qiymətlərini “ceyran beli”nə qaldırdı – VİDEO

13:36 07.03.2021

Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEOMÜSAHİBƏ