Honq-Konqda son bir ayda 21 yeni meymun çiçəyi (mpox) infeksiyası aşkarlanıb.
Bu barədə Honq-Konq Səhiyyə Mühafizəsi Mərkəzi məlumat yayıb.
Mərkəzin açıqlamasına görə, avqust ayından etibarən 21 yeni yoluxma qeydə alınıb. 2026-cı ilin əvvəlindən isə Honq-Konqda ümumilikdə 30 mpox halı müəyyən edilib. Onlardan 23-ü yerli, 7-si isə xaricdən gətirilən hallardır.
2022-ci ildən etibarən Honq-Konqda ümumilikdə 114 mpox yoluxması qeydə alınıb. Onların 90-ı yerli, 24-ü isə xaricdən gətirilən hallardır. Məlumata görə, bütün xəstələr kişilərdir.
Səhiyyə Mühafizəsi Mərkəzi yoluxma hallarının artması fonunda xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktik və nəzarət tədbirlərini gücləndirib. Bu çərçivədə peyvənd proqramı üzrə tətbiq olunan vaksinlərin sayı da artırılır.
///teleqraf///











































