Dövlət başçısı: "Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran şəxs idi"

Dövlət başçısı: "Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran şəxs idi"
SİYASƏT
15:33 24.07.2023
183
Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

"O, (Ulu Öndər – red.) həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR