xari

Dövlət başçısı: "Nizaminin yubileyi geniş qeyd olunmalıdır"

MƏDƏNİYYƏT
16:35 05.01.2021
348
"Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla "Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Bildiyiniz kimi, artıq uzun illərdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərir və bu Mərkəzə mənim xüsusi diqqətim vardır. Mərkəz humanitar qeyri-hökumət təşkilatı kimi formalaşsa da, hazırda mərkəzin fəaliyyəti çox genişdir, çoxşaxəlidir. Hər il keçirilən Qlobal Bakı Forumu, - əlbəttə, 2020-ci ildə pandemiyaya görə keçirilməyib, - dünya miqyasında öz layiqli yerini tutubdur. Bir daha demək istəyirəm ki, bu il biz Nizami Gəncəvinin yubileyini geniş qeyd etməliyik. 2019-cu il isə digər dahi Azərbaycan şairi Nəsimi ili olmuşdur. Bu, onu göstərir ki, dövlət tərəfindən və şəxsən Prezident tərəfindən bizim ədəbiyyatımıza, bizim dahi şairlərimizin xatirəsinə çox böyük hörmət var, qayğı var. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər", - deyə dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:46 28.02.2021

İraqda 6 hərbçi minalanmış avtomobilin partladılması zamanı həlak oldu

15:30 28.02.2021

Paşinyan Ermənistanda demokratiyanı küçədə müdafiə edəcək

15:10 28.02.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ə çatır

15:01 28.02.2021

Leyla Abdullayeva: Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir

14:45 28.02.2021

Amerikada həkim əməliyyat zamanı məhkəməyə qatılıb - VİDEO

14:24 28.02.2021

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad olunub

14:03 28.02.2021

“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur

13:55 28.02.2021

Leyla Abdullayeva: “Sumqayıt hadisələri Azərbaycana qarşı planlaşdırılmış təxribat idi”

13:19 28.02.2021

Ağdam rayonunun Eyvazxanbəyli kəndindən görüntülər - VİDEO

12:57 28.02.2021

Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb

12:45 28.02.2021

Müdafiə Nazirliyi: "Əsgər təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub"

12:23 28.02.2021

Azərbaycanda ümimilikdə peyvənd olunanların sayı açıqlandı

12:09 28.02.2021

Dünyada koronavirusla bağlı bu günə olan STATİSTİKA

12:01 28.02.2021

Sabah hava yağıntılı olacaq, bəzi ərazilərə qar yağacaq

11:38 28.02.2021

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin 20 yaşlı qızının ölüm səbəbi məlum oldu

11:33 28.02.2021

Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - Foto