Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edildi

Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edildi
SİYASƏT
13:24 06.11.2023
218
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS 001-2006 "Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartının əvəzinə yenilənmiş AZS 001-2023 "Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartını qəbul edib.

AZXEBER.COM bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu standart Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda, standartla Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.
OXŞAR XƏBƏRLƏR