Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq”

Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq”
SOSİAL
10:47 29.04.2024
276
"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Filmdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya deyib.

O bildirib ki, onun necə əsir götürüldüyü, hansı işgəncələrə məruz qaldığı və sonrakı taleyi filmdə əks olunub:

"Həmin filmdə danışan erməni hərbçi onun ağır işgəncələrlə qətlə yetirildiyini etiraf edir.
Natiq Qasımov həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə "yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. Baxmayaraq ki, filmdə o bunu danmağa uğursuz cəhd edir. Amma Natiq Qasımovun əsir götürülməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunur.

Beləliklə, Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə olması ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, Prezident İlham Əliyevin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı
16:03 14.07.2026
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı